Qaynar xətt:

(+99450) 247 90 86

BMT əsir jurnalistlə bağlı çağırış edib

BMT əsir jurnalistlə bağlı çağırış edib

DÜNYA

257

03.05.2023, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergiy Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb.
Oxu24.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb. “Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, - Tomilenko bildirib.
O qeyd edib ki, söhbət UNIAN-ın jurnalisti Dmitro Xilyukdan gedir. Eyni zamanda, S. Tomilenko işğal altındakı Krımda həbs edilən yerli tatar jurnalistlərin də azad olunmasını çağırış edib. Xatırladaq ki, UNIAN-ın jurnalisti Dmitro Xilyuk ötən ilin fevral ayında Rusiyanın Ukraynanın Kiyev vilayətinə hücumu zamanı əsir düşüb. Aynurə Məcidova