Qaynar xətt:

(+99450) 247 90 86

Sudanda gərginlik davam edir

Sudanda gərginlik davam edir

DÜNYA

382

03.05.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) Sudan ordusu ilə 7 günlük atəşkəsə razı olmayıb.
Oxu24.com “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin rəisinin müşaviri Yusif İzzət məlumat verib. O vurğulayıb ki, ümumiyyətlə, ÇRQ atəşkəs ideyasını rədd etmir.
“Yeddi günlük atəşkəsə dair razılaşmamız haqqında danışmaq tezdir. Hazırda 1 həftəlik atəşkəsə razı deyilik”, - Yusif İzzət telekanala açıqlamasında deyib. Daha əvvəl bildirilmişdi ki, Sudanın Keçid Şurasının rəhbəri və ordunun baş komandanı Əbdülfəttah əl-Burhan və ÇRQ-nin rəhbəri Məhəmməd Həmdan Daqlo mayın 4-dən 11-dək atəşkəsə dair prinsipial razılığa gəliblər. İdarədə həmçinin iddia ediblər ki, tərəflər sülh danışıqlarına başlamaq üçün nümayəndələr təyin etmək barədə razılığa gəliblər. Miri Məcidli