Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdi

Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdi

DÜNYA

313

02.05.2023, 11:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.
Oxu24.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Optimar” araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib. Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə “Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?” sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər.
Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər. Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir. Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək. Miri Məcidli