İsraildən təcili açıqlama gəldi
30 Sentyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
269
01.05.2023, 11:31
“Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları bəzi mövqeləri tərk edib”.
Oxu24.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutun müdafiəçiləri ilə görüşündə deyib.
O bildirib ki, son bir neçə gündə Rusiya qüvvələrinin Liman istiqamətində çoxsaylı hücumları dəf edilib: “Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri uğursuz alınıb. Rusiya ordusu ciddi itki verib, düşmənin 10 əsgərini əsir almışıq. Baxmut istiqamətində gərgin döyüşlər davam edir. Qarşı tərəf bir neçə istiqamətdə mövqelərimizi yarmağa çalışdı. Amma bu, uğursuz oldu”.
A.Sırskinin sözlərinə görə, bütün cəhdlərə rəğmən, qarşı tərəf şəhəri ələ keçirə bilmir: “Vəziyyət kifayət qədər mürəkkəbdir”.
Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Segrey Çerevatı isə bildirib ki, Baxmutda Rusiyanın 25 600 hərbçisi döyüşür.
Onun sözlərinə görə, qarşı tərəf bu istiqamətə 65 tank, 450 zirehli maşın, 154 artilleriya sistemi, 56 reaktiv atəş sistemi cəlb edib: “Bu, Çexiya və Macarıstan ordularının malik olduğu hərbi texnikadan artıqdır”.
S.Çerevatı bildirib ki, Rusiya Baxmutdakı döyüşlərdə hər gün 100 hərbçi itirir.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri mayın 9-na qədər Baxmutu ələ keçirmək istəyir.
Qeyd edək ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər davam edir.
Miri Məcidli
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.