Qaynar xətt:

(+99450) 247 90 86

Ekvadorda silahlı hücum nəticəsində 10 nəfər ölüb, xəsarət alanlar var

Ekvadorda silahlı hücum nəticəsində 10 nəfər ölüb, xəsarət alanlar var

DÜNYA

374

30.04.2023, 22:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Naməlum cinayətkarların Ekvadorun qərbindəki Quayakuil şəhərində avtomobil təmiri sexinə hücumu zamanı 10 nəfər həlak olub.
“Report” “Clarin” qəzetinə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb. Hüquq-mühafizə orqanlarından jurnalistlərə bildiriblər ki, hadisə zamanı ümumilikdə 10 nəfər ölüb, bir yaralı var. “Hazırda istintaq bölmələrimiz cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir”, - polis tviterdəki hesabında bildirib.
İlkin məlumata görə, cinayətkarlar sexdə futbol matçına baxan bir qrup şəxsi güllələyiblər. Bəzi mətbu orqanlar hadisə zamanı 5 nəfərin yaralandığını xəbər veriblər. Quayakuil artan cinayət halları ilə əlaqədar keçən ilin avqust ayından şəhərdə fövqəladə vəziyyət rejimi hökm sürür.