Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88011
az

Sudanın Azərbaycandakı səfirliyi ölkədəki son durumu açıqlayıb

17:2027 Aprel, 2023
110
DÜNYA
  • A

"Hazırki hadisələr aprelin 15-dən paytaxt Xartumda və bir sıra digər şəhərlərdə üsyançı qüvvələrin hakimiyyəti zorla ələ keçirmək məqsədilə ordu komandanlığına və paytaxtdakı bir sıra strateji obyektlərə təşkil etdiyi hücumdan sonra Sudan Silahlı Qüvvələrinə qarşı Çevik Dəstək Qüvvələrinin üsyanı nəticəsində baş verib".

Oxu24.com-un xəbərinə görə, bu fikirləri Sudanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim bildirib.

Onun sözlərinə görə, silahlı qüvvələr üsyançıları ardıcıl məğlubiyyətə uğradaraq, onlara canlı qüvvə və texnika baxımından ağır itkilər verməyə nail olublar ki, bu da, çoxlu sayda insanı təslim olmağa və ya paytaxtın qonşu əyalətlərinə qaçmağa məcbur edib: “Çevik Dəstək Qüvvələrinin üsyanı nəticəsində Suveren Keçid Şurasının Sədri - Silahlı Qüvvələrin Ali Baş Komandanı Çevik Dəstək Qüvvələrinin buraxılması haqqında qərar qəbul edib və o, bunu dövlətə qarşı üsyankar qüvvə kimi qələmə verməyə çağırıb. Zati-aliləri silahı yerə qoyub könüllü olaraq silahlı qüvvələrə təslim olan həmin qüvvələrin əməkdaşlarını əfv edib və onlar bildiriş verildiyi gündən Sudan ordusuna yerləşdiriləcəklər. Qeyd edək ki, silahlı qüvvələr tərəfindən mülki əhali arasında itkilərin, şəxsi və ictimai əmlakın minimuma endirilməsinə yönəlmiş döyüş strategiyası həyata keçirilib, bu tədbirlər bəzi hökumət instansiyalarında üsyançı qüvvələrin varlığına son qoymaq üçün müəyyən zaman almalı olsa da. Biz qəti surətdə üsyançı qüvvələrin beynəlxalq və humanitar hüququn pozulması hesab olunan, Sudanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, səfirlərin və diplomatların qərargahlarını hədəfə alaraq törətdiyi cinayətkar davranışını qəti şəkildə pisləyirik.

Diplomat vurğulayıb ki, Sudan silahlı qüvvələri mülki şəxslərin müdafiəsini, beynəlxalq humanitar hüquqa hörməti və günahsız vətəndaşları qarət edib öldürən silahlı qeyri-qanuni polis kimi tanınan qüvvələrin üsyanını geridə qoymuş kritik humanitar vəziyyəti nəzərə alaraq çərşənbə axşamı, aprelin 25-dən başlayaraq 72 saatlıq atəşkəsi təsdiqləmək üçün Səudiyyə-Amerika vasitəçiliyi tələbinə cavab verib. Üsyançı Çevik Dəstək Qüvvələrinin törətdiyi kobud pozuntuları - elektrik enerjisi və su stansiyalarını dağıtmağa cəhd etməklə yanaşı, təhlükəsiz mülki insanları qorxudan və onları canlı qalxan kimi istifadə edən, beynəlxalq qanunları açıq şəkildə pozaraq xəstəxanaları və tibbi xidmət mərkəzlərini hədəfə alan hərəkətləri də qeyd etmək lazımdır.

O deyib ki, Sudan hökuməti dost və qardaş ölkələri, beynəlxalq və regional təşkilatları üsyançı qüvvələri şəhərlərdə və yaşayış məntəqələrində yerləşdirməsinə və döyüşləri davam etdirməsinə görə qınamağa çağırır. Çünki bu, mülki şəxsləri, qadınları və uşaqları risk altında qoyur. Sudan hökuməti təsdiqləyir ki, təhlükəsizlik vəziyyəti nəzərəçarpacaq dərəcədə sabitdir və silahlı qüvvələr yaşayış məntəqələrinə ziyan vurmamaq üçün paytaxt Xartumun təhlükəsizliyinin təminatını genişləndirməyə davam edir. Həmçinin, Sudan hökuməti baş verənləri sudanlıların özlərinin birgə səyləri ilə həll etmək qabiliyyətinə malik olmasına əminliyini vurğulayır. Suveren Keçid Şurasının Sədri - Silahlı Qüvvələrin Ali Baş Komandanının ünvanına bir sıra ölkələrin rəhbərləri tərəfindən birgə yardım və təhlükəsizliyin təmin edilməsi və bir sıra diplomatik nümayəndəliklərin ölkədən çıxarılması xahişi ilə zənglər edilib. Qeyri-qanuni silahlı birləşmələrin əməliyyata mane olmaq cəhdlərinə baxmayaraq, Sudan Silahlı Qüvvələri evakuasiyanı həyata keçirilib. BMT Təhlükəsizlik Şurası aprelin 25-də Sudandakı mövcud vəziyyətlə bağlı təcili iclas keçirib Şuranın Sudandakı vəziyyətlə bağlı brifinqləri dinlədi. BMT-nin göstərdiyi səyləri yüksək qiymətləndirdi.Sudan hökumətinin və silahlı qüvvələrinin Xartumdakı xarici vətəndaşların və diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların işçilərinin evakuasiyası üçün qayğı və sığorta baxımından göstərdiyi səyləri təqdir etdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rusiyada işsizliyin tarixən aşağı olduğunu açıqlayıb
Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi