İsraildən təcili açıqlama gəldi
30 Sentyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
622
27.04.2023, 13:45
Türkiyənin Müdafiə sənayesi şirkətləri ASELSAN və TÜBİTAK-SAGE tərəfindən hazırlanan "Gökdemir" Hava Hücumundan Müdafiə Sistemi ilk dəfə görüntülənib.
OXU24.COM un TurkicWorld-a istinadən məlumatına görə, "Gökdoğan" raketinin hava hücumundan müdafiə versiyası olan "Gökdemir" hava hücumundan müdafiə sisteminin ilk atış sınaqları 2022-ci ilin ikinci yarısında həyata keçirilib. ASELSAN "Gökdemir" ilə yerli Qabaqcıl Yerdən Havaya Raket Sistemi (NASAMS) konsepsiyasını həyata keçirməyi planlaşdırır. Ola bilsin ki, "Bozdoğan" raketinin atış sınağı tezliklə "Gökdemir" sistemindən həyata keçirilsin. Sistemdə axtarış radarı olaraq HİSAR-A+/O+/RF sistemlərində də istifadə edilən "Kalkan" radarına üstünlük veriləcək.
Qeyd edək ki, "Bozdoğan" və "Gökdoğan" raketləri bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.
Bozdoğan raketi qısamənzilli hava raketidir. Ön tərəfində infraqırmızı skaner sistemi var. Bu təkmil xüsusiyyət təyyarələrə bir-biri ilə vuruşmağa imkan verir. Yəni düşmən elementinin arxasına keçib onu kilidləməyə ehtiyac yoxdur. Bunun əvəzinə pilotun öz baxış xəttindəki hədəfə baxaraq qarşı tərəfi görməsi kifayətdir. Roketin diapazonu 25-35 km-dir.Gökdoğan raketi orta mənzilli hava raketidir.
Bu raketdə isə bələdçilik dəsti kimi infraqırmızı deyil, aktiv radar sistemi var. İş prinsipi Bozdoğandan fərqlidir. Pilot, radarında bir təyyarə görəndə məlumatı Gökdoğanla paylaşır və onu erkən atəşə tutur. Raket təyyarədən aldığı məlumatlardan istifadə edərək uzun müddət səyahət etsə də, hədəfə yaxınlaşmazdan əvvəl öz radarını işə salır, hədəfi axtarır və kilidlənərək məhv edir. Onun diapazonu 65+ km kimi tanınır. Ancaq 100+ km-ə qədər yenilənib.
23:02 / 30 Sentyabr 2026
93
22:17 / 30 Sentyabr 2026
3833
22:16 / 30 Sentyabr 2026
110
21:40 / 30 Sentyabr 2026
341
21:12 / 30 Sentyabr 2026
1097
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
79
20:38 / 30 Sentyabr 2026
366
20:33 / 30 Sentyabr 2026
82
20:10 / 30 Sentyabr 2026
170
20:10 / 30 Sentyabr 2026
96
19:50 / 30 Sentyabr 2026
91
19:35 / 30 Sentyabr 2026
695
19:26 / 30 Sentyabr 2026
259
19:26 / 30 Sentyabr 2026
95
19:23 / 30 Sentyabr 2026
82
19:21 / 30 Sentyabr 2026
96
19:15 / 30 Sentyabr 2026
82
19:12 / 30 Sentyabr 2026
100
19:01 / 30 Sentyabr 2026
113
18:53 / 30 Sentyabr 2026
173
18:45 / 30 Sentyabr 2026
130
18:29 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.