Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Silahlı Qüvvələri Nikolayevi atəşə tutub, 1 dinc sakin ölüb, 23-ü yaralanıb

Rusiya Silahlı Qüvvələri Nikolayevi atəşə tutub, 1 dinc sakin ölüb, 23-ü yaralanıb

DÜNYA

352

27.04.2023, 11:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

O bildirib ki, vilayətə Qara dənizdən 4 “Kalibr” raketi atılıb. Nəticədə 1 mülki şəxs ölüb, 23 nəfər isə yaralanıb. Məlumata görə, yaralananlardan 1-i uşaqdır.

“İşğalçı ölkə bu müharibənin əsas məqsədinin terror aktları törətmək və ukraynalıların hamısını məhv etmək olduğunu sübut etməyə davam edir. Cinayətlərdə əli olan hər kəs məsuliyyətə cəlb olunacaq”, - V.Zelenski yazıb.

 

Miri Məcidli