Qaynar xətt:

(+99450) 247 90 86

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

DÜNYA

331

26.04.2023, 10:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb.
Oxu24.com xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib.
Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb. Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.