Qaynar xətt:

(+99450) 247 90 86

2022-ci ildə qlobal hərbi xərclər 2 trilyon dolları ötüb

2022-ci ildə qlobal hərbi xərclər 2 trilyon dolları ötüb

DÜNYA

338

24.04.2023, 11:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci ildə qlobal hərbi xərclər real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.

Oxu24.com -un  xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.


Ən çox hərbi xərcləri olan ölkələr ABŞ, Çin və Rusiyadır. Dünyadakı hərbi xərclərin ümumi həcminin 56%-i bu 3 ölkənin payına düşür.

Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkiz il ardıcıl davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.

Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ukraynaya hərbi yardım və Rusiya təhlükəsi ilə bağlı narahatlıqlar Avropa ölkələrini hərbi büdcələrini artırmağa vadar edib.

Miri Məcidli