Qaynar xətt:

(+99450) 247 90 86

İlk yerli tanklar Türkiyə ordusuna təhvil verilib

İlk yerli tanklar Türkiyə ordusuna təhvil verilib

DÜNYA

327

23.04.2023, 23:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlk milli "Altay" tankları sınaq üçün bazar günü Türkiyə silahlı qüvvələrinə təhvil verilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan öz Tvitter səhifəsində məlumat verib.


“Biz qəhrəman ordumuza Türkiyənin müasir əsas döyüş tankına çevriləcək yeni nəsil “Altay” tankını təhvil veririk”, - deyə o yazıb. Ən son türk tankının sınaqlarının təxminən iki il çəkəcəyi gözlənilir.

Döyüş maşını 1919-1923-cü illərdə Türkiyə Qurtuluş Savaşında vuruşmuş general Fəxrəddin Altayın xatirəsinə Altay adlandırılıb. Tank demək olar ki, tamamilə Türkiyə müdafiə müəssisələri tərəfindən dizayn edilib. Cənubi Koreyanın “Hyundai” şirkətindən ölkəyə verilən lisenziyalar əsasında 120 mm-lik top da daxil olmaqla ayrı-ayrı silah elementlərinin istehsalına qərar verilib.

65 tonluq maşın onu tank əleyhinə raket sistemlərinə toxunulmaz edən aktiv müdafiə sistemi və yeni nəsil zirehlə təchiz edilib. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.

 

Tərcümə: Miri Məcidli