Qaynar xətt:

(+99450) 247 90 86

Lavrovdan ŞOK AÇIQLAMA: "Rusiya tərəfi bunu bağışlamayacaq"

Lavrovdan ŞOK AÇIQLAMA: \\\"Rusiya tərəfi bunu bağışlamayacaq\\\"

DÜNYA

501

23.04.2023, 20:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unudacaq, nə də bağışlayacaq".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

Oxu24.com xəbər verir ki, bu barədə videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yerləşdirib.

"Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq", - Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq və axmaqlıq edib.