Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya Sudandan 200-ə yaxın dinc sakini təxliyə etməyi planlaşdırır

İtaliya Sudandan 200-ə yaxın dinc sakini təxliyə etməyi planlaşdırır

DÜNYA

206

23.04.2023, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya hakimiyyəti Sudandan 200-ə yaxın dinc sakini təxliyə etməyi planlaşdırır.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani bildirib.

Nazir qeyd edib ki, səfirlik tam şəkildə fəaliyyətini davam etdirir. Hərbçilər evakuasiya əməliyyatlarında iştirak edəcəklər.

Tajani təxliyənin aprelin 24-ə qədər tamamlanacağına ümid etdiyini bildirib. O, əlavə edib ki, o, Sudandakı münaqişə tərəflərindən İtaliya vətəndaşlarının təhlükəsiz şəkildə çıxarılacağına dair təminat alıb.

Miri Məcidli