Böyük Britaniya diplomatlarını və onların ailələrini Sudandan təxliyə edib.
Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.
O qeyd edib ki, Britaniya üçün öz vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır.
Kleverlinin sözlərinə görə, Britaniya Silahlı Qüvvələri səfirlik əməkdaşlarına qarşı zorakılıq və təhdidlərin əhəmiyyətli dərəcədə artması fonunda təxliyəni başa çatdırıb.
Bundan əlavə, XİN başçısı Sudanda münaqişə tərəflərinə müraciət edərək, silahları yerə qoymağa və mülki əhalinin münaqişə zonalarını tərk edə bilməsi üçün dərhal humanitar atəşkəsə çağırıb.
Oxu24.com
ŞƏRHLƏR