Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə qəza, 10 nəfər yaralanıb

Türkiyədə qəza, 10 nəfər yaralanıb

DÜNYA

218

23.04.2023, 09:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb.

Oxu24.com  “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub.

Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada yaralananlar Kocaeli və Sakaryanın xəstəxanalarına yerləşdiriliblər.

 

Miri Məcidli