Qaynar xətt:

(+99450) 247 90 86

Krımda hava hücumundan müdafiə sistemləri işə düşüb

Krımda hava hücumundan müdafiə sistemləri işə düşüb

DÜNYA

347

22.04.2023, 15:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.

O bildirib ki, heç bir itki yoxdur.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

 

Miri Məcidli