Qaynar xətt:

(+99450) 247 90 86

Parisdə 50 qədim məzar tapılıb

Parisdə 50 qədim məzar tapılıb

DÜNYA

338

21.04.2023, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın paytaxtı Parisdə II əsrə aid 50 qəbir tapılıb.

Oxu24.com xəbər verir  ki, Fransanın Mədəniyyət Nazirliyi Parisdə Port Royal qatar stansiyası yaxınlığında aparılan işlərlə bağlı açıqlama verib.

Açıqlamaya görə, Port Royal qatar stansiyasında aparılan işlər zamanı 2-ci əsrə aid 50 məzar tapılıb.

Tədqiqatlar zamanı 200 kvadratmetr əraziyə yayılmış sərdabələr Sent-Jak Nekropolunda yerləşir.

Aşkar edilən məzarların yetkin kişi və qadınlara, eləcə də uşaqlara məxsus olduğu bildirilir.

Qəbirlərdə geyim və aksessuarlarla yanaşı zinət əşyaları, kəmərlər, keramika və şüşə qablar aşkar edilib.

 

Miri Məcidli