Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87583
az

Tehran nüvə komponentlərini haradan əldə edir? - ŞOK DETAL

16:5721 Aprel, 2023
179
DÜNYA
  • A

“Politico” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən İranın Rusiya və Çinlə ballistik raketlər üçün yanacaq komponentinin tədarükü ilə bağlı gizli danışıqlar apardığı barədə məqalə yayımlayıb. Məqalədə yazılanlara görə, İran Rusiya və Çindən ammonium perxlorat əldə etməyə çalışır. Tehranın hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar apardığı bildirilib. Məqalədə danışıqların nəticələri barədə heç nə yazılmayıb.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu məlumatın təsdiqlənəcəyi halda bu, BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması olacaq:

“Çünki sözdə Rusiya və Çin İranın nüvə proqramının əleyhinədirlər. Halbuki, Tehran hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar aparıb. Danışıqların nəticələri bəlli deyil. İranda 1979-cu il inqilabından bu yana nüvə məsələsi aktual olub. Tehran əvvəlcə şah dövründən yarımçıq qalan atom elektrik stansiyalarının tikintisini başa çatdırmağa çalışıb, ikinci mərhələdə isə uranın zənginləşdiriıməsi prosesini genişləndirib. Qonşu Pakistan nüvə silahı əldə etdikdən sonra İran da eyni silahı əldə etmək barədə düşünüb. Bu məqsədlə Pakistanda nüvə silahının yaradıcısı, alim Əbdül Xanla əlaqə qurulub və onun imkanlarından istifadə edilərək nüvə çalışmaları sürətləndirilib. Qərb bundan xəbər tutandan sonra pakistanlı alimin İrana nüvə sirlərini ötürülməsinin qarşısını alıb. Əbdül Xan bir müddət Pakistanda ev həbsinə alınıb. Pakistanlı alim 2021-ci ildə 85 yaşında koronavirusdan ölüb”.

E.Şahinoğlu vurğulayıb ki, məntiqlə Moskva və Pekin İranın nüvə çalışmasının genişlənmısində maraqlı olmamalıdırlar:

“Bunun iki səbəbi var. Birincisi, nüvə dövləti adətən qonşuluğunda nüvə dövlətinin sayının artımasında maraqlı deyil. İkincisi, Rusiya və Çin “Nüvə silahının yayılmaması barədə müqavilənin” imzalayan ölkələrdir. Buna baxmayaraq, Moskva və Pekin İranın ABŞ və İsrailə qarşı müqavimət gücünün artırılmasını istəyir. İran son illərdə Rusiyanın və Çinin strateji tərəfdaşına çevrilib. Bu 3 ölkəni anti-Qərb siyasəti birləşdirir. Moskva və Pekində hesab edirlər ki, İran məğlub olsa, anti-Qərb bloku zəifləyəcək. Ona görə də Moskva və Pekin sözdə İranın nüvə proqramının əleyhinə olsalar da, nüvə silahına malik İranda maraqlıdırlar. İran nüvə silahını əldə etdikdən sonra ABŞ və ya İsrailin bu dövləti ram etməsi çətinləşəcək. Bu isə Rusiya və Çinin maraqlarına cavab verir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astronavtlar BKS-də nə yeyirlər? -Rusiya onlara yeni il hədiyyələri göndərdi
ABŞ 4 müttəfiqini HƏDƏLƏDİ: Netanyahunun həbsinə kömək edərlərsə...
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi