SEPAH: İranda 6 terrorçu öldürülüb
01 Oktyabr 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
274
20.04.2023, 23:02
Almaniyanın İsraildən “Hetz-3” raket əleyhinə müdafiə sistemi alması ilə bağlı danışıqlar yaxın vaxtlarda təfərrüatlı sazişin hazırlanması məqsədilə bu həftə sürətlənib.
Oxu24.com xəbər verir ki, bu barədə İsrailin Vesty.co.il nəşri məlumat yayıb.
Məlumata görə, satış icazəsi sistemin hazırlanmasında və istehsalında iştirak etmiş ABŞ tərəfindən verilməlidir. Bundan əvvəl Vaşinqton Hetz-3-ün Cənubi Koreyaya satışını əngəlləmişdi, istehsalçı Aviasiya Sənayesi Konserni (IAI) bu məhdudiyyətlərdən yan keçə bilməz.
Almaniya hökuməti 2022-ci ilin oktyabrında Hetz-3-ün alınması üçün ABŞ və İsrail Müdafiə Nazirliyinə sorğu göndərib. Bildirilib ki, müqavilənin təxmini məbləği 2 milyard avro qiymətləndirilir, lakin bu 3 milyard avroya qədər yüksələ bilər.
Bundan əvvəl Almaniyada 14 Avropa dövlətinin də qoşulduğu “Avropa Göy Qalxanı Təşəbbüsü” adlı birgə layihə üzərində işlərə başlanılıb. İsrailin raket əleyhinə sistemlərinin bu sistemin bir hissəsi olacağı ehtimal edilir.
Razılaşma baş tutsa, bu, Hindistanın 1,6 milyard dollara İsrailin Barak-8 sistemlərini almağa razı olduğu 2017-ci ildən bəri İsrail üçün ən böyük müdafiə sifarişi olacaq.
Hetz kompleksi İsrailin çoxsəviyyəli raketdən müdafiə sisteminin əsas komponenti hesab olunur və bu sistemdə Dəmir Günbəz və Sehrli Çubuq da var. Taasiya Avirit (IAI) konserni tərəfindən hazırlanmış raket əleyhinə sistem bütün növ qitələrarası ballistik raketləri məhv etmək üçün istifadə olunur. Dəqiqlik 99% qiymətləndirilir
Tərcümə: Miri Məcidli
14:28 / 01 Oktyabr 2026
1
14:24 / 01 Oktyabr 2026
21
14:07 / 01 Oktyabr 2026
58
14:05 / 01 Oktyabr 2026
51
13:57 / 01 Oktyabr 2026
56
13:39 / 01 Oktyabr 2026
62
12:48 / 01 Oktyabr 2026
73
12:46 / 01 Oktyabr 2026
63
12:14 / 01 Oktyabr 2026
92
11:44 / 01 Oktyabr 2026
66
11:34 / 01 Oktyabr 2026
87
11:22 / 01 Oktyabr 2026
72
11:12 / 01 Oktyabr 2026
75
10:54 / 01 Oktyabr 2026
74
10:49 / 01 Oktyabr 2026
119
10:43 / 01 Oktyabr 2026
84
10:41 / 01 Oktyabr 2026
605
10:39 / 01 Oktyabr 2026
73
10:31 / 01 Oktyabr 2026
80
10:25 / 01 Oktyabr 2026
87
10:18 / 01 Oktyabr 2026
64
10:09 / 01 Oktyabr 2026
81
10:05 / 01 Oktyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.