Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ hərbi gəmisi Tayvan boğazından keçib

ABŞ hərbi gəmisi Tayvan boğazından keçib

DÜNYA

368

18.04.2023, 23:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com  Amerikanın Səsi -nə  istinadən  xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Çinin  Tayvanı mühasirəyə almaq üçün təlimlər keçirməsindən sonra  ilk tranzit gəmisini Tayvan boğazından keçirib.

 

ABŞ-ın Yeddinci Donanması Milius esminesinin boğazdan keçməsinin normal prosedur olduğunu bildirib.

 

Bununla belə, Çin tranzitə etiraz edərək bunu “ictimaiyyət üçün təhlükə" adlandırıb.

 

Çin Xalq Azadlıq Ordusunun Şərq Teatr Komandanlığının sözçüsü Şi Yilu bildirib ki, komandanlıq istənilən vaxt ölkənin suverenliyini və təhlükəsizliyini, eləcə də regionda sülh və sabitliyi qətiyyətlə qorumağa  hazırdır.

 

Tərcümə: Miri Məcidli