Qaynar xətt:

(+99450) 247 90 86

Təhlükəli virus Rusiyaya çatıb

Təhlükəli virus Rusiyaya çatıb

DÜNYA

313

18.04.2023, 22:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada daha əvvəl Hindistanda aşkar edilən Arcturus koronavirusunun subvariantına yoluxma halları qeydə alınıb.

Oxu24.com Rusiya mətbuatına istinadən  xəbər verir ki, bu barədə aprelin 18-də Rospotrebnadzorun rəhbəri Anna Popova məlumat verib.

Nazirlikdən verilən məlumata görə, yeni alt variantla bağlı məlumatlar regionlara çatdırılıb.

“VGARus verilənlər bazası əvvəllər Hindistanda müəyyən edilmiş bu subvariant üçün təyin edilmiş ilk genetik ardıcıllıqları ehtiva edir. İlkin məlumatlara görə, Arcturus daha yoluxucu ola bilər, lakin yüksək patogen deyil. Yəni onun yaratdığı xəstəlik yüngül formada davam edir. Rusiya Federasiyasında koronavirusun yeni subvariantının müəyyən edilməsi ilə əlaqədar hər hansı antiepidemik məhdudiyyətlərin tətbiqi tələb olunmur”, - Rospotrebnadzor qeyd edib.

 

Tərcümə: Nigar