Qaynar xətt:

(+99450) 247 90 86

Klinton: Trampın prezident olmaq şansı yoxdur

Klinton: Trampın prezident olmaq şansı yoxdur

DÜNYA

259

18.04.2023, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Co Bayden istənilən halda 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcək.

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir   ki, onun fikrincə, Donald Trampın şansı yoxdur.

 

“Onun Respublikaçılar Partiyasının namizədliyini qazanmasına kömək edəcək möhkəm bir dəstək nüvəsi var. Lakin prezident Baydenə qarşı keçirilən ümumi seçkilərdə onun qalib gələcəyinə inanmıram. Ona görə də mən, həqiqətən də, Respublikaçı namizədin kimliyindən asılı olmayaraq, prezident Baydenin yenidən seçiləcəyini düşünürəm”, - deyə Klinton Sky News-a müsahibəsində bildirib.

 

Tərcümə: Miri Məcidli