Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! İran bu şəhərləri məhv edəcəyini açıqlayıb

ŞOK! İran bu şəhərləri məhv edəcəyini açıqlayıb

DÜNYA

633

18.04.2023, 21:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran prezidenti İbrahim Rəisi İsrail hakimiyyətini Təl-Əvivi və ölkənin üçüncü böyük şəhəri Hayfanı məhv etməklə hədələyib.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Rəisi bu hədə-qorxu ilə Tehranda Milli Ordu Günü münasibətilə keçirilən hərbi paradda çıxış edib.

Onun sözlərinə görə, İran ordusu “əks-inqilabçı ünsürlər, təkfirçi qruplaşmalar və düşmənlər qarşısında güclü sədddir”.

“Xarici qüvvələrin, xüsusən də ABŞ-ın mövcudluğu Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olur. Bu qüvvələr ən qısa zamanda bölgəni tərk etməlidir. Halbuki İran Silahlı Qüvvələri regionda təhlükəsizlik faktorudur”, - deyə  Rəisi bildirib.

İran prezidenti Təl-Əvivdən gələn təhdidləri aradan qaldırmağa hazır olduğunu vurğulayıb.

 

Tərcümə: Miri Məcidli