Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna ordusunda 7 minə yaxın hərbçi itkin düşmüş hesab edilir

Ukrayna ordusunda 7 minə yaxın hərbçi itkin düşmüş hesab edilir

DÜNYA

216

18.04.2023, 21:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.

Oxu24.com “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq", - Kotenko deyib.

O, dəqiqləşdirib ki, itkin düşənlərin təxminən 60-65%-i, statistikaya görə, sağdır və əsirlikdədir.

 

Miri Məcidli