Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi xalqa televiziya ilə müraciətindən sonra ölkənin bir sıra şəhərlərində etirazlar başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Paytaxt prefekturasının məlumatına görə, Parisdə 2 000-ə yaxın etirazçı küçələrə çıxıb.
Renndə də Prezidentin bələdiyyə binası qarşısında çıxışı zamanı 700 nəfər etirazını ifadə edib.
Lionda 600-ə qədər nəfər meriyanın qarşısına toplaşıb, bir neçə yüz etirazçı Marsel şəhər meriyasına gedib. Nantda da 800-dən çox nümayişçi Makrona narazılığını bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR