Qaynar xətt:

(+99450) 247 90 86

Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edilib

Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edilib

DÜNYA

266

15.04.2023, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkmənistanda prezident Serdar Berdiməhəmmədovun imzaladığı fərmanla aprelin 17-də həyata keçiriləcək Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edilib.

Oxu24.com xəbər verir  ki,Türkmənistanın “Altın Asır” televiziyasının xəbərinə görə, prezident Berdiməhəmmədov ölkədə adət olduğu kimi cinayət törədən və əməlindən peşman olan və səmimi tövbə edən vətəndaşların milli bayramlar öncəsi bağışlandığını bildirib.

Serdar Berdiməhəmmədov fərmanı imzaladıqdan sonra əfv olunan 463 vətəndaşın tezliklə öz evlərinə və ailə üzvlərinə qayıtması üçün bütün lazımi işlərin görülməsi barədə göstəriş verib.

Berdiməhəmmədov 17 aprel Qədr Gecəsi münasibətilə amnistiyadan yararlanan vətəndaşlara əzmlə çalışmalarını, ölkədə həyata keçirilən genişmiqyaslı işlərə öz töhfələrini vermələrini və Türkmənistana ürəkdən xidmət etməyi arzulayıb.

 

Tərcümə: Nigar