Qaynar xətt:

(+99450) 247 90 86

İstanbuldan gələn azərbaycanlının çantasından 17 kq qızıl çıxdı - Foto

İstanbuldan gələn azərbaycanlının çantasından 17 kq qızıl çıxdı - Foto

DÜNYA

302

15.04.2023, 22:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib. Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.