Qaynar xətt:

(+99450) 247 90 86

20 nəfər içkidən öldü

20 nəfər içkidən öldü

DÜNYA

256

15.04.2023, 21:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ötən gün Hindistanın Bihar əyalətində saxta alkoqollu içkidən istifadə səbəbindən azı 20 nəfər ölüb, daha altı nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Bu barədə Oxu24.com NDTV telekanalına istinadən xəbər verir. Ölənlərin sayının artacağı gözlənilir. Qeyd edilir ki, saxta spirtli içki Motihari şəhərinə çatdırılıb. İçki satıcılar arasında bölüşdürülüb.
Xatırladaq ki, Bihar rəsmi olaraq 2016-cı ilin aprel ayında "quru" ştat elan edilib - bundan sonra spirtin istehsalına, satışına və istifadəsinə tam qadağa qoyulub. Alkoqollu içkilərə qadağanının baş təşəbbüskarı ştat rəhbəri Nitiş Kumar bu qərarına görə tez-tez tənqid olunur. Miri Məcidli