Qaynar xətt:

(+99450) 247 90 86

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında döyüş başladı - VİDEO

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında döyüş başladı - VİDEO

DÜNYA

353

15.04.2023, 16:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sudanda Çevik Reaksiya Qüvvələri ilə ordu birlikləri arasında qəfil döyüş başlayıb.

Oxu24.com xəbər verir  ki,“Anadolu” agentliyi yazır ki, atışmalar paytaxt Xartum və bir sıra digər şəhərlərdə gedir.


“Son aylarda Afrika ölkəsinin müxtəlif güc strukturları arasında baş verən ziddiyyətlər Xartum və Sudanın digər şəhərlərinin küçələrində açıq silahlı qarşıdurmaya çevrilib”, - deyə məlumatda  deyilir.

İlkin məlumata görə, döyüşlər şənbə günü yerli vaxtla səhər saat 9:30 radələrində başlayıb. Atəş səsləri Erkevit və İdman şəhərinin metropoliten ərazilərində, həmçinin hava limanı yaxınlığında, Sudan ordusunun Baş Qərargahının yaxınlığında və “Suveren Şuranın lideri” general Abdelin iqamətgahı yaxınlığında eşidilib.

“Tərəflər ağır silahlardan istifadə edir, Xartumun üzərində qatı tüstü qalxır. Bundan başqa, Umdurman, Bahri və Maravi şəhərlərində də toqquşmaların olduğu bildirilir”, - deyə “Anadolu” agentliyi yaydığı məlumatda qeyd edir.

 

Tərcümə: Miri Məcidli