Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da tiktok qadağan edildi

ABŞ-da tiktok qadağan edildi

DÜNYA

383

15.04.2023, 12:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Montana ştatında qanunvericilər TikTok mobil tətbiqini qadağan edən qanun qəbul ediblər.

Oxu24.com Reuters-ə istinadən  xəbər verir ki, qanun layihəsi mobil proqram mağazalarına TikTok-u Montanadakı istifadəçilərə yükləmək üçün təklif etməyi qadağan edəcək.

Eyni zamanda, qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə mobil proqram mağazaları ilə məşğul olan “Apple” və “Google” qadağanı pozduqlarına görə cərimələnəcək.

Dövlətin qadağanı necə tətbiq edəcəyi hələlik bəlli deyil. Qanun layihəsi imzalanması üçün Montana qubernatoru Qreq Gianforte göndərilib.

 

Tərcümə: Miri Məcidli