Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Saakaşviliyə görə Gürcüstan hakimiyyətinə müraciət edib

Zelenski Saakaşviliyə görə Gürcüstan hakimiyyətinə müraciət edib

DÜNYA

369

14.04.2023, 23:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski cümə günü, aprelin 14-də videomüraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən danışıb.


"Və daha bir şey. Çoxdan qərara ehtiyac duyulan bir şey. Mixail Saakaşvilinin həyatı indi siyasi, şəxsi deyil, sırf etik qərardan asılıdır... Təmiz və ciddi hüquqi bazaya malikdir. ”, - deyə Ukrayna KİV-i Zelenskidən sitat gətirib.

Onun sözlərinə görə, əgər insana təcili tibbi yardım göstərilməlidirsə, o zaman istənilən halda bu addım atılmalıdır. Xüsusən də həyatı bundan asılıdırsa.

Ukrayna prezidenti bildirib ki, Saakaşvilinin vəkilləri onun lazımi müalicə almasını təmin etmək üçün artıq Avropa İnsan Haqları Məhkəməsinə təcili apellyasiya şikayəti veriblər. “Və belə görünür ki, bu, onu yaşatmağın yeganə yoludur”, - deyə Zelenski bildirib.

 

Tərcümə: Aynurə Məcidova