Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur modelyer öldü

Məşhur modelyer öldü

DÜNYA

550

14.04.2023, 00:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Miniətəklər yaradan britaniyalı dizayner Meri Kuant 94 yaşında vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Meri Kuant bu səhər Surrey qraflığındakı evində vəfat edib”, - məlumatda deyilib.

1966-cı ildə Kuant Britaniya İmperiyasının ordeni ilə təltif edilib. Miniətək əbədi olaraq onun üslubunun ticarət nişanına çevrilsə də, Londonun Viktoriya və Albert Muzeyi öz saytında bu qadın geyiminin yaradılmasında hesab edilə bilən konkret bir şəxsə işarə edə biləcək “qənaətbəxş sübutların” olmadığını etiraf edib.

2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: miniinqilab” adlı sənədli film çəkib.

Miri Məcidli