Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada vulkan püskürüb, Alyaskada uçuşlar təxirə salınıb

Rusiyada vulkan püskürüb, Alyaskada uçuşlar təxirə salınıb

DÜNYA

273

13.04.2023, 23:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Kamçatka bölgəsinin ən aktiv vulkanı kimi tanınan Şiveluç vulkanı 6 ay sonra aprelin 11-də yenidən aktivləşərək hava nəqliyyatına mənfi təsir göstərib.

 

Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanının püskürməsindən sonra ABŞ-ın Alyaska ştatında bəzi uçuşlar dayandırılıb.

Oxu24.com Rusiya mediasına istinadən  xəbər  verir  ki, Alaska Hava Yolları tərəfindən edilən açıqlamada ABŞ-ın Alyaska əyalətində vulkanın püskürməsindən sonra səmanı kül buludlarının bürüməsi səbəbindən bəzi uçuşların dayandırıldığı açıqlanıb.

Alyaska Hava Yolları rəsmiləri yerli vaxtla saat 07:00-a olan məlumata görə, ən azı 23 reysin gecikdiyini bildirib və "Kül buludlarını, onların hərəkətlərini və vaxtını izləyirik. Daha çox uçuşları ləğv etməli ola bilərik" dedi.

60 ilin ən böyük kül istilası

Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutunun direktoru, Kamçatkada həyatı iflic edən kül istilası ilə bağlı açıqlamasında bölgəyə yayılan külün qalınlığının 6-8 santimetrə çatdığını açıqlayıb. Və bunun sonuncu dəfə 1964-cü ildə yaşandığını qeyd edib.

Tərcümə: Nigar