Qaynar xətt:

(+99450) 247 90 86

Çin uzaq mənzilli hipersəs raketini uğurla sınaqdan keçirib

Çin uzaq mənzilli hipersəs raketini uğurla sınaqdan keçirib

DÜNYA

231

13.04.2023, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin uzaq mənzilli hipersəs raketini uğurla sınaqdan keçirib.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə “Washington Post” qəzetinə  sızan kəşfiyyat sənədlərində deyilir.

 

Açıqlanan sənədlərə görə, Çin ABŞ-ın raketdən müdafiə sistemlərinə nüfuz edə biləcək uzun mənzilli hipersəs raketini uğurla atıb. Sınaqlar ötən il həyata keçirilib və uğurlu nəticələr ABŞ hərbi ictimaiyyətində ciddi narahatlıq yaradıb.

 

Bundan əlavə, sızmalar raketin atmosfer manevrinə malik ola biləcəyini və onun qarşısını almağı çətinləşdirdiyini göstərir.

Bu, regionda güc balansını dəyişə bilər, çünki ABŞ və onun müttəfiqləri potensial təhlükələrdən qorunmaq üçün öz raketdən müdafiə sistemlərinə böyük etibar edirlər.

 

Tərcümə: Miri Məcidli