Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86669
az

İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib

22:5211 Aprel, 2023
96
DÜNYA
  • A
İtaliya hökuməti miqrant axını və cənub bölgələrinin onları qəbul edərkən yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib. Oxu24.com ANSA agentliyinə istinadən xəbər verir ki, mülki müdafiə və dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurasının iclasında 6 ay müddətinə 5 milyon avronun ayrılmasını nəzərdə tutan müvafiq qərar qəbul edilib. Qeyd olunub ki, belə bir addım Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının artması ilə əlaqədar təcili tədbirlərin görülməsi zərurəti ilə diktə olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfə çoxdur. Təkcə aprelin 7-dən 10-dək olan müddətdə Aralıq dənizində Kalabriya və Siciliya sahillərində aparılan əməliyyatlar zamanı 3 minə yaxın insan qurtarılıb. Afrika ölkələrindən gələn miqrantların çox hazırda Tunisdən gəlir, buradan siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən bir neçə on mil uzaqlıqda yerləşən İtaliyanın cənub sahillərinə gedişlər dəfələrlə artıb. Hazırkı İtaliya hökuməti qarşısına birinci növbədə qanunsuz daşımaların qabaqlanması vasitəsilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə vəzifəsi qoyub. Bundan əlavə, rəsmi Roma miqrantların çıxdığı ölkələri ilə işləmək niyyətindədir və həmçinin Avropa İttifaqından (Aİ) konkret cavablar gözləyir. Miqrasiya siyasətinin vahid xətti ilə bağlı məsələ artıq ertələnib və gözlənildiyi kimi, yalnız iyun sammitində müzakirə olunacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub