Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86379
az

Son sutkada Rusiya ordusu Ukraynaya 53 raket zərbəsi endirib

09:3207 Aprel, 2023
122
  • A
Son sutka ərzində Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna 53 raket zərbəsi endirib. Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, rus qoşunları əsas səylərini Liman, Baxmut, Avdiivka və Marin istiqamətlərinə yönəldib: “Son sutka ərzində bu istiqamətdə düşmənin 40-dan çox hücumu dəf edilib. Rusiya Belarusun hava məkanından istifadə edir. Baxmut istiqamətində düşmən hücum hərəkətlərini davam etdirir. Rusiya ordusu Baxmut şəhərini tam nəzarətə götürməyə çalışır. Şəhərdə şiddətli döyüşlər davam edir”. Baş Qərargahın informasiyasına görə, Zaporojye və Xerson istiqamətində düşmən yeni müdafiə xətləri yaradır, yeni istehkamlar qurur. Məlumata görə, son sutka ərzində Ukrayna ordusunun Hərbi Hava Qüvvələri işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib: “Bundan başqa, müdafiəçilərimiz müxtəlif təyinatlı 3 PUA-nı (“Orlan-10”, “Supercam” və “Lanset-3”), həmçinin 3 modifikasiya edilmiş aviasiya bombasını məhv ediblər. Eyni zamanda, raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 rayona, 2 yanacaq-sürtkü materialları anbarına və düşmənin elektron döyüş məntəqəsinə zərbələr endirib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır
Şolz NATO-nun ləğvi üçün Trampa arqument verib
Avropa Kosmik Agentliyinin büdcəsi azaldılıb

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib