Qaynar xətt:

(+99450) 247 90 86

"Ruslar 9 aydır Baxmutu ələ keçirə bilmirlər"

\\\"Ruslar 9 aydır Baxmutu ələ keçirə bilmirlər\\\"

DÜNYA

387

06.04.2023, 13:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Ruslar 9 aydır Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”.
Oxu24.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib. O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür: “Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər".
Çerevatının sözlərinə görə, qarşı tərəfin ərazilərin ələ keçirilməsinə dair məlumatları doğru deyil. Qeyd edək ki, uzun müddətdir Baxmutda gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, əməliyyat şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Miri Məcidli