Qaynar xətt:

(+99450) 247 90 86

Latviyada hərbi xidmət məcburi oldu

Latviyada hərbi xidmət məcburi oldu

DÜNYA

332

05.04.2023, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviya Seymi məcburi hərbi xidmətin tətbiqinə səs verib.

Oxu24.com xəbər  verir  ki, bu barədə parlamentin saytında məlumat verilib.


Məlumata  görə, 18-27 yaş arası kişilər  məcburi  orduya  çağırılacaq. Eyni yaşda olan qadınlar da könüllü xidmətə daxil ola biləcəklər. 18 yaşından sonra təhsilini davam etdirən gənclər (ali təhsildən başqa) məzun olduqdan sonra hərbi xidmətə çağırılacaqlar.

Vətəndaşlar 11 ay Milli Silahlı Qüvvələrdə və ya Daxili Qvardiyada (Milli Qvardiyada) xidmət edə biləcəklər. 2024-cü il yanvarın 1-dən ehtiyatda olan zabitlər üçün beşillik proqramı öyrənməklə xidmət etmək mümkün olacaq - bu seçim universitet və kollec tələbələri üçün nəzərdə tutulub. Əqidəsinə görə hərbi xidmət keçə bilməyən vətəndaşlar alternativ mülki qulluğa keçə biləcəklər. “Qanunda Milli Silahlı Qüvvələrə hərbi xidmətə çağırışın gecikdirilə biləcəyi bəzi istisnalar müəyyən edilib. Bəzi hallarda hərbi xidmətə çağırışdan imtina barədə qərar qəbul oluna bilər”, – Seymin saytındakı məlumatda  deyilir.

Bu il çağırış könüllü olacaq. Arzu edənlər mayın 1-dək müraciət edə biləcəklər və xidmət iyulun 1-dən başlayacaq.

Tərcümə: Nigar