Qaynar xətt:

(+99450) 247 90 86

Bayden bu ölkələrə səfərə gedir

Bayden bu ölkələrə səfərə gedir

DÜNYA

293

05.04.2023, 16:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya və İrlandiyaya səfər edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Ağ Evin yaydığı məlumatda qeyd olunub ki, "Prezident Bayden 25 il əvvəl imzalanmış Belfast Sazişinin imzalanmasından sonra əldə edilən irəliləyişi qeyd etmək və Birləşmiş Ştatların Şimali İrlandiyanın geniş iqtisadi potensialını dəstəkləməyə hazır olduğunu vurğulamaq üçün aprelin 11-12-də Şimali İrlandiyanın Belfast şəhərinə səfər edəcək".

Aprelin 12-14-də isə ABŞ dövlət başçısı İrlandiyaya səfər edəcək. O, Dublində, Lout qraflığında və Mayo qraflığında müxtəlif görüşlər keçirəcək.

Bildirilib ki, Prezident Bayden 11-14 aprel tarixlərində Böyük Britaniya və İrlandiyaya səfər edəcək.

Miri Məcidli