Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukrayna hərbçilərinə təlimlərə başlayacaq

ABŞ Ukrayna hərbçilərinə təlimlərə başlayacaq

DÜNYA

331

05.04.2023, 12:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pentaqonun yüksək rütbəli sözçüsü bildirib ki, ABŞ Müdafiə Nazirliyi tezliklə Ukrayna hərbçilərinə “M1A1 Abrams” tanklarından döyüşlərdə istifadə etmək üçün təlimlərə başlayacaq.

Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Pentaqon sözçüsünün sözlərinə görə, nazirlik lazımi avadanlığın əldə olunması üçün işləri davam etdirdiyinə görə hazırlıqlar hələ başlamayıb. Ukraynanın Silahlı Qüvvələrinin təliminə yaxın vaxtlarda başlanacağı gözlənilir.

Mart ayında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Vaşinqton Kiyevə Pentaqonun arsenalından “Abrams” tankları ilə təmin edəcək və əvvəllər düşünüldüyü kimi Ukrayna üçün yeni hərbi maşınlar istehsal etməyəcək.

Miri Məcidli