Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyanın oğlundan hücuma məruz qalması ilə bağlı - Açıqlama

Paşinyanın oğlundan hücuma məruz qalması ilə bağlı - Açıqlama

DÜNYA

327

04.04.2023, 13:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ona qarşı hücum edildiyi barədə yayılan məlumatları təkzib edib. 

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı “Haykakan jamanak” qəzeti yayıb. 

“Mənə nə siyasi, nə də hər hansı digər motivlərlə hücum edilməyib. Təəssüflər olsun ki, haqqımda yayılan şayiələri şəxsən təkzib etməliyəm”, - deyə o qeyd edib. 

Xatırladaq ki, aprelin 3-ü Ermənistan parlamentinin spikeri Alen Simonyan Aşot Paşinyanın hücuma məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, hadisə aprelin 2-si baş verib. Ermənistan polisinin məlumatına görə isə, məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Miri Məcidli