Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna hərbçiləri İran istehsalı 14 “Şahid” məhv ediblər

Ukrayna hərbçiləri İran istehsalı 14 “Şahid” məhv ediblər

DÜNYA

395

04.04.2023, 09:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ötən gecə Rusiya ordusu İran istehsalı “Şahid-136” və “Şahid-131” zərbə dronlarından istifadə edərək cənubdan Ukraynaya hücum edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Ümumilikdə, ehtimal ki, Azov dənizinin şərq sahili ərazisindən 17-yə qədər PUA-nın buraxılışı qeydə alınıb”, - məlumatda qeyd olunub.
Ordunun bildirdiyinə görə, müdafiə zamanı İran istehsalı 14 dron məhv edilib. Xatırladaq ki, daha öncə Odessa rayon administrasiyasının başçısı Yuri Kruk işğalçı qüvvələrin dron vasitəsilə hücum etdiyini bildirmişdi.