Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukraynaya yeni yardım ayıracaq

ABŞ Ukraynaya yeni yardım ayıracaq

DÜNYA

194

03.04.2023, 20:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ hökuməti bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi mətbuat konfransında bildirib.

Xatırladaq ki, ABŞ hökuməti Ukraynaya hərbi yardım çərçivəsində növbəti 2,6 milyard dollarlıq yardım paketini açıqlamaq niyyətində olduğunu bildirmişdi.

Hərbi yardım paketinə müxtəlif döyüş sursatları, o cümlədən tank mərmiləri, tank əleyhinə raketlər, həmçinin hava hücumundan müdafiə radarları və yanacaq daşıyan maşınların da daxil olacağı qeyd olunmuşdu.

Miri Məcidli