Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86166
az

Sülh təkliflərinə vaxtında cavab verməyən Ermənistan peşmançılıq çəkir...

20:5903 Aprel, 2023
798
DÜNYA
  • A

Ötən ay Azərbaycan ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsi erməni cəmiyyətində ciddi narahatlıq predmeti olaraq qalmaqdadır.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bundan əlavə, Azərbaycan ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurub. Gorusun Dağ kəndi icmasına daxil olan Aravusun keçmiş inzibati rəhbəri Arqam Hovsepyanın sözlərinə görə, azərbaycanlılar nəzarətə götürdükləri mövqelərdən geri çəkilmir: “Hökumətimiz deyir ki, vəziyyət yaxşılaşır. Əgər azərbaycanlılar geri çəkilməyibsə, hansı yaxşılıqdan danışırlar? Azərbaycanlılar artıq 10-11 post qurub, aktiv şəkildə mühəndislik işləri aparır”. Ordumuzun Laçında Ermənistanla sərhəd boyunca yeni postlar qurması ilə İrəvan və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısı alınıb. Və beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır. Bundan sonra hədəf Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasıdır. Onu da qeyd edək ki, Azərbaycan ordusu mütəmadi olaraq dövlət maraqlarını qorumaq üçün istər Ermənistanla olan şərti sərhəddə, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində mövqelərini daim təkmilləşdirir. Son zamanlar sərhəddə və Qarabağda vəziyyətin gərginləşməsi, Ermənistanın sülh müqaviləsindən boyun qaçırması Azərbaycanı əlavə tədbirlər görməyə məcbur edib.  Laçın rayonunda olan əlavə yollarda Azərbaycan ordusu qeyd olunan ərazilərdə əməliyyat keçirib və həmin yerlərə nəzarətimizi bərpa edib. Bu, ordumuza Laçından keçən bütün yolları nəzarətdə saxlamağa imkan verir. Bu arada Dağ-Gorunzur ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş baş tutub. Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb. İddia edilib ki, Ermənistan tərəfdən danışıqları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb. Erməni mediası yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar. “Qraparak” nəşri öz mənbələrinə istinadən təsdiq edir ki, Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Görüşün Gorusun Dağ  kəndində keçirildiyi bildirilib: “Erməni tərəfi azərbaycanlıları bir gün əvvəl nəzarətə aldıqları mövqelərdən nisbətən geri çəkilməyə razı salmağa çalışsa da, bu heç bir nəticə verməyib. Azərbaycan hərbçiləri Dağ icmasının yerləşdiyi ərazidən bir neçə metr aralıda yerləşən mövqelərində  möhkəmlənməyə davam edir”. Qəzetin yazdığına görə, 2020-ci il martın 31-dən sonra Dağ  icmasının ərazisinə heç bir erməni sərhədçisi yerləşdirilməyib. Orada yalnız rus sülhməramlıları olub. Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib.

Baş verənlər fonunda regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan qeyd edir ki, erməni tərəfi üçün narahatedici vəziyyət yaranıb: “Azərbaycanın davranışı çox proqnozlaşdırıla biləndir”. Onun sözlərinə görə, Qarabağın Ermənistanla əlaqəsi bütün mümkün istiqamətlərdə kəsilib:  “Bizim ümumi yanaşmamız eskalasiyaya yol verməmək olub. Ümumi yanaşmamız eskalasiyanın qarşısını almaq olub, lakin paralel əks tədbirlər, əsəblərin mübarizəsi var. Biz hər dəfə güzəştlərlə eskalasiyanı təxirə salanda Azərbaycan üçün fərqli taktikalar təqdim edirik. Yeni sərhədlər olmayacaq. Heç kim sərhədlərimizi qorumağa gəlməyəcək. Bakıya qarşı heç bir beynəlxalq mexanizm işləməyəcək, biz öz sərhədlərimizi qorumalıyıq”. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abrahamyan isə vurğulayır ki, son günlər bir tərəfdən Zəngəzurla bağlı kifayət qədər ziddiyyətli məlumatlar var, digər tərəfdən də hakimiyyət reallığı təhrif etməyə çalışıb. Onun sözlərinə görə, aprelin 1-dən Qarabağı Ermənistanla birləşdirən yolun marşrutunda dəyişiklik olacaq. Azərbaycan tərəfinin sərhəd xəttində 100-300 metr irəlilədiyinə toxunan Abrahamyan bildirib: “Hesab edirəm ki, Azərbaycan 100 və ya 200 metrlik səngərin mühafizəsi vəzifəsini qarşısına qoymayıb, özü üçün əlverişli olan ərazilərdə mövqe tutmağa başlayıb, bu ona həm hazırkı döyüş növbətçiliyini yerinə yetirmək, həm də digər döyüş tapşırıqlarını həyata keçirmək imkanı verəcək. Yəni Azərbaycan gələcəkdə planlaşdırılacaq əməliyyatlar üçün platsdarm formalaşdırıb”.
Abrahamyan vurğulayıb ki, Azərbaycan hansısa mərhələdə Zəngəzurun hər hansı bir hissəsində hərbi əməliyyat həyata keçirməyi hədəfləsə, ona mane olan hər hansı bir şey olmayacaq. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan da naharat olanlar sırasındadır: “Əgər Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların irəli gəldiyini təsdiqləyirsə, əslində onlar bunu yerindəcə görüblərsə və ictimaiyyətimizə təqdim ediblərsə, bu, hadisənin baş verdiyi anlamına gəlir”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir:
“Biz Azərbaycanla müharibə vəziyyətindəyik. Azərbaycan Ermənistan ətrafında halqanı ardıcıl olaraq daraldır. Onun iki məqsədi var: birincisi, onların planlaşdırdıqları və Azərbaycanın qərb hissəsini Zəngəzur vasitəsilə Naxçıvanla birləşdirməyə çalışdıqları dəhlizi əldə etmək, ikincisi isə “Qarabağı ermənilərdən boşaltmaqdır”. Bundan başqa, əgər müharibə vəziyyətindəyiksə, sərhədlərin hər qarışını öyrənib, müdafiəmizi təşkil etməliyik. Ordunun vəzifəsi budur. Bakıdan Dağa necə çatdılar, möhkəmləndilər? Biz isə sərhəd sakinlərimizə deyirik ki, öz yağınızda qızarın”.  Ohanyan bildirib ki, metr-metr irəliləyən Azərbaycan sərhədlərin özü üçün faydalı tənzimlənməsinə şərait yaradır.
Ermənistanın sabiq müdafiə naziri vurğulayıb ki, Ermənistan səlahiyyətliləri vəziyyəti anlamır və yaranmış vəziyyətdə prioritetləri müəyyən edə bilmirlər.
O əlavə edib ki, heç bir şey alınmayacaq, azərbaycanlılar öz qoşunlarını danışıqlar yolu ilə çıxarmayacaqlar. Çünki Ermənistanla sərhəd müəyyən edilməyib və Azərbaycan əz ərazisi hesab etdiyi yerlərdə postlar qurur. Ermənistan vaxtında Azərbaycanın təkliflərinə qulaq asıb sülh müqaviləsi imzalasaydı, sərhədləri müəyyən etsəydi, belə problemlər də olmazdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ