Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya jurnalistin qətlini terror aktı kimi tanıyıb

Rusiya jurnalistin qətlini terror aktı kimi tanıyıb

DÜNYA

350

03.04.2023, 15:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada jurnalistə qarşı terror olub.

Oxu24.com Rusiya mətbuatına istinadən  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “hərbi müxbir” Vladlen Tatarskinin qətlini “terror hücumu” adlandırıb.

Peskov bildirib ki, Kiyev terror aksiyalarını dəstəkləyir və 2014-cü ildən çoxlu sayda insanın qətlinin arxasında dayanır, buna görə də “xüsusi əməliyyat” keçirilir.

Xatırladaq ki, Vladlen Tatarski (Maksim Fomin) aprelin 2-də Sankt-Peterburqda "yaradıcılıq gecəsi"nin keçirildiyi kafedə baş verən partlayış nəticəsində həlak olub. Partlayış nəticəsində 32 nəfər xəsarət alıb, 25 nəfər xəstəxanaya yerləşdirilib.

 

Tərcümə: Miri Məcidli