Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86084
az

Kreml İrəvanın bağışlanmaz xəyanəti ilə üz-üzə qaldı...

00:3603 Aprel, 2023
348
DÜNYA
  • A

Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı ilə bağlı Moskva və İrəvan arasında gərginliyin getdikcə artması müşahidə edilir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  bu xüsusda qeyd edib:

“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur. Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”.

Zaxarova bu məsələnin qarşılıqlı anlaşma əsasında həllini tapacağını güman etdiyini deyib. Lakin rus ekspertlər fərqli düşünür. Məsələn, tanınmış politoloq İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinə Ermənistanın niyə gözlənilmədən Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmək qərarına gəldiyini, həmçinin bu qərarın Rusiya-Ermənistan münasibətləri üçün nə demək olduğunu izah edərkən maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, İrəvan Moskva ilə əlaqələri pozaraq Qərbə yönəlmək niyyətindədir: “İrəvanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək üçün çalışmasının əsl səbəbləri hamıya məlumdur. Məndə olan məlumata görə, qoşulma qərarından əvvəl baş nazir Nikol Paşinyanın şəxsi siyasi razılığı olub və bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinn arasında görüş olub. Amerika səfirliyi ilə razılaşdırılmış bir siyasi fəaliyyət həyata keçirilib.  Beləliklə, Ermənistan Rusiyanın xeyrinə seçim etmədi. Bu, həm Rusiyanın, həm də prezident Vladimir Putinin kürəyindən vurulan zərbədir, bunu Paşinyan rejimi açıq şəkildə nümayiş etdirdi. Təbii ki, Ermənistanın hələ də prosesi dayandıracağına ümid var.  Çünki Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə kifayət qədər ciddi mesaj var ki, Moskva bu addımı çox mənfi qiymətləndirir. İndi məsələ  İrəvanda mesajın eşidilib-eşitilməməsidir”. İqor Korotçenko qeyd edib  ki, Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri zəiflətmək üçün əlindən gələni edəcək:  "Hər halda Ermənistanın getdiyi yol  hamıya aydındır, bu, zaman məsələsidir. Ermənistan hakimiyyətinin Rusiya və KTMT-yə qarşı indiki bütün hərəkətləri Avropanın müşahidə missiyasının gəlişi, Qərbin səfərləri ilə sinxronlaşdırılır. Bunu hamı çox yaxşı görür. Yeganə sual budur ki, Paşinyan nəhayət, dəqiq nə vaxt bütün əlaqələri kəsəcək? Belə görünür ki, Paşinyan özü və ətrafı artıq siyasi gələcəklərində Qərb mərkəzlərinin qüvvələrinə arxalanırlar”. Bunlar fonunda Ermənistanın “İravunk” nəşri “Vətəndaş müqaviləsi” partiyasının daxilindəki mənbələrinə istinadən maraqlı məlumat paylaşıb: “Hakimiyyət nümayəndələrinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistanda Haaqa Məhkəməsinin qərarı əsasında həbs edilməsinə dair açıq eyhamları ilə bağlı “Vətəndaş müqaviləsi” partiyasının sıralarında isteriya başlayıb. Artıq bir çoxları Nikol Paşinyanın sırf Qərbdən siyasi sığınacaq əldə etmək məsələsi ilə məşğul olduğunu anlayıblar və ona görə də bu vəziyyətdə nə edəcəkləri barədə düşünməyə başlayıblar. Partiya üzvləri əmindirlər ki, nə olursa-olsun, sonda Nikol Paşinyan onları da “sobaya atacaq”.

Erməni politoloq Argişti Kiviryan isə qeyd edir ki, əslində, Keml müəyyən təzyiqlər başlayıb: “Ermənistan hakimiyyəti Rusiya məsələsində odla oynayır, bununla bağlı Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edərək, Ermənistanın süd məhsullarının idxalında problemlərin olduğunu bəyan edib. Ermənistan hakimiyyəti qırmızı xəttin astanasında oynayır, lakin hələ onu keçməyib. Onlar Roma Statutunu ratifikasiya etsələr, bu qırımızı xətti keçəcəklər. İrəvan bir vaxtlar Ermənistanı Qərb qanadını tərk edərək onlara qoşulmağa çağıran bolşeviklərə qulaq asmayan Birinci Respublikanın taleyini təkrarlamaq risqini daşıyır. Eynilə, Rusiya indi müxtəlif kanallarla Ermənistana xəbərdarlıq edir. Bu, xüsusilə son bir ildə, o cümlədən KTMT, Qarabağ, Roma Statutu məsələsində tez-tez baş verir”. Poıitoloq qeyd edib ki, Putinin Ermənistana gələn kimi saxlanılacağı barədə bəyanatı erməni xalqının və dövlətinin təhlükəsizliyi ilə oynayan Paşinyanın göstərişi ilə onun partiyasından olan deputat Qagik Melkonyan verib. Digər erməni ekspert Arbak Xaçatryan isə bildirir ki, Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulmaq niyyətinə sərt reaksiya verir və bunun ikitərəfli münasibətlərdə son dərəcə mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq edir: “İlk növbədə Ermənistan öz ideya və yanaşmaları ilə təhlükəsizliyini qorumaq üçün hər şeyi etməlidir. Amma Ermənistanda mürəkkəb, strateji addımlar atılmır. Rusiyanın son 20 ildə atdığı bir çox addımlar özünün əleyhinə olub. Ümumiyyətlə, siyasi şərhçilərin nə deyəcəyi, XİN-in hansı reaksiya verəcəyi maraqlı deyil. Mənə maraqlıdır ki, Ermənistan nə edir. Ümumiyyətlə, elə indiki məqamda belə bir qərar verilməli idimi, Konstitusiya Məhkəməsi indi belə bir qərar qəbul etməli idimi? Bəs niyə bütün məşhur işlər ölkə daxilində illərdir uzanır, bu qərar isə bu dəqiqə açıqlanır? Ermənistanın hələ də öz təhlükəsizlik sistemi yoxdur, Ukraynada müharibə olmasaydı, Ermənistan belə bir qərar verərdimi?”. Başqa bir ekspert  Karo Vardanyan isə vurğulayır ki, Vladimir Putin bir gün qəfildən Ermənistana qarşı sərt tədbirə əl ata, bizi cəzalandıra bilər. O, Ermənistan rəhbərliyinin planlı şəkildə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa çalışdığını iddia edib: “Nə etdiklərini çox gözəl dərk edirlər. Ermənistandakı siyasi əhval-ruhiyyəni həmişəkindən də yaxşı idarə edə bilirlər. Əminliklə deyə bilərəm ki, bunu ən yuxarıda oturan, yəni Paşinyan təhrik edir. Anti-Rusiya alovu ilə oynamaq bizə yaxşı heç nə verməyəcək. Hətta iş o yerə çatıb ki, hakim partiyanın deputatı Qaqik Melkonyan Putini həbs etməyə çağırır. Biz hələ də kağız üzərində dövlət sayılırıq. İndi ruslar bu qədər təhqirə nə vaxta qədər dözəcəklər? Bu çox təhlükəli macəradır.

İndi Rusiya boğazına qədər problemin içindədir, bütün Qərbə qarşı cəbhə açıb. Biz isə heç kimin işinin olmadığını düşünürük, bəlkə də Putinin üç gündən bir beş dəqiqə Ermənistan haqda düşünməyə vaxtı ola, ya olmaya. Amma bir gün Putin qəfildən hansısa sərt tədbirlərə əl ata, bizi cəzalandıra bilər. Bəs onda özümüzü necə müdafiə edəcəyik?”. Vardanyan Ermənistanın Rusiyanın qarşısını alacaq səviyyədə olmadığını vurğulayıb. Bu fonda hesab edilir ki, Kremlin cəza tədbiri Ermənistanda vəziyyəti alt-üst də bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər