ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
02 Oktyabr 2026, 22:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2522
29.03.2023, 19:56
Oliv Edvards hazırda dünyada yaşayan ən yaşlı qadın hesab edilmir, lakin onun yaşı heyrət doğurmaya bilməz.
Bu günlərdə britaniyalı qadın özünün 109-cu doğum gününü qeyd edib və bu hadisənin şərəfinə öz uzunömürlüyünün sirrini açıb, bu da "inadkar" olmağında və "çoxlu su içməyindədir".
OXU24.COM moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
"Bu, Oliv üçün çox gözəl nailiyyətdir, - müəssisənin mətbuat katibi müsahibəsində bəyan edib. - O, deyib ki, heç bir təlaş yoxdur, lakin, əlbəttə, onu qocalar evinin sakinləri və ailə üzvləri ilə birgə bayram gözləyir".
Doğum günü şərəfinə Edvardsa gülləri olan səbəti xatırladan tort və III Kralın adından təbrik açıqcası təqdim edilib. Ötən il Oliv 108-ci doğum gününü qeyd edəndə ona qızardılmış qızıl balıq, güllü tort və ötən ilin sentyabrında 96 yaşında dünyasını dəyişmiş Kraliça II Elizabetin portreti təqdim edilib.
Edvards 1914-cü ildə anadan olub və bir çox illər balaca uşaqlara dərs keçib. Onun sözlərinə görə, uzun illər o, fəal həyat tərzi keçirib və idmanla məşğul olmağa çalışıb.
"Mən gəzintini xoşlayırdım, - o, "Jam Press" nəşrinə müsahibəsində deyib. - Mən 80 yaşımda öz nəvələrimlə futbol və kriket oynamışam".
İndi isə 109 yaşlı Oliv öz zamanını mütaliə, toxuma və tikməyə həsr edir.
Oliv Edvardsın yaşı, heç şübhəsiz, heyrət doğurur, lakin rekorddan uzaqdır. Hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı ispaniyalı qadın Mariya Branyas Morera hesab edilir.
Onun adı əvvəlki rekordsmen fransız xanım Lyusil Randonun (Andre bacı adı ilə tanınan) bu ilin yanvar ayında 118 yaşında dünyasını dəyişəndən sonra Ginnesin rekordlar Kitabına salınıb.
Lakin ehtimal ki, dünyada ən yaşlı adam bu yaxınlarda 128 yaşlı cənubi afrikalı Coanna Mazibuko olub, lakin onun yaşı rəsmən təsdiq edilməyib.
Qadının əllərində olan şəxsiyyət vəsiqəsində 11 may 1894-cü ildə anadan olduğu göstərilib. Yəni öz həyatında o, Britaniya müstəmləkəçiliyi, irqi-ayrıseçkiliyi və iki dünya savaşını yaşayıb.
12 uşaqdan ən böyüyü olan Coannanın həyatının çox hissəsi fermada keçib, orada yabanı ispanaq və təzə südlə qidalanıb, ona görə də o, uzunömürlüyün açarının sadə pəhriz olduğu qənaətindədir.
Cənubi afrikalı öz uşaqlığını yaxşı xatırlamayıb, lakin çəyirtkələrin tarlaya hücumu yadındadır. "Onları tutub yemək olardı. Adama elə gəlirdi ki, ət yeyirsən", - o, jurnalistlərə deyib. Coanna Mazibuko 8 mart 2023-cü ildə dünyasını dəyişib.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.