Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan hökuməti istefaya gedib

Qazaxıstan hökuməti istefaya gedib

DÜNYA

325

29.03.2023, 11:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan Baş naziri Əlixan Smayilovun başçılıq etdiyi hökumət istefa verib.

Oxu24.com  xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkə konstitusiyasına əsasən Nazirlər Kabineti Qazaxıstan Parlamentinin Aşağı Palatası (Məclisinin) qarşısında öz səlahiyyətlərindən imtina edib və qanunvericiliyə əsasən ölkə prezidenti yeni Baş nazirin namizədliyini Məclisdə baxılması üçün təqdim edəcək.

Qeyd edək ki, yeni Baş nazirin təyinatı yalnız irəli sürülən namizəd deputatlar tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləcək.

Bundan sonrakı növbəti addım isə hökumət nümayəndələrinin təyinatı olacaq.

 

Miri Məcidli