Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85828
az

Ukrayna ordusu Melitopolda rusları vurdu

09:5929 Mart, 2023
83
DÜNYA
  • A

Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Melitopol şəhərində partlayış səsləri eşidilib.

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  şəhər   meri  İvan Fedorov Telegram-da bildirib.

"Şəhərin bütün rayonlarında bir anda bir neçə partlayış səsi eşidilir. İşğalçılar təlaş içindədirlər. Baş qərargahdan təfərrüatları gözləyirik", - o yazıb.


Eyni zamanda, müxtəlif mənbələr aerodrom ərazisində bir neçə güclü partlayışın baş verdiyini bildirdilər, lakin etibarlı təsdiq yoxdur.

Bir müddət sonra Rusiya mətbuatı şəhərin fövqəladə hallar xidmətinə istinadən xəbər verdi ki, partlayış  lokomotiv deposunda olub. Fövqəladə hallar xidmətinin məlumatına görə, depoda dağıntılar olsa da, tələfat yoxdur.

Rusların  öz bazalarını qurduqları Melitopoldakı hərbi aerodrom və lokomotiv deposu şəhərin şimal-qərb hissəsində bir-birindən uzaq deyil. BBC qeyd edir ki, zərbənin hansı vasitə ilə vurulduğu hələ məlum deyil.

Melitopolun işğalçı hakimiyyətinin fövqəladə hallar xidmətinin nümayəndələri bildiriblər ki, Ukrayna ordusunun işğal altında olan Melitopoldakı hədəflərə endirdiyi zərbədən sonra şəhərdə elektrik enerjisi kəsilib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü