Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynaya aviasiya bombaları atıb

Rusiya Ukraynaya aviasiya bombaları atıb

DÜNYA

260

28.03.2023, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var.
Oxu24.com “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib. “Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib”, - A.Yermak yazıb.
O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, ikimərtəbəli çoxmənzilli yaşayış binası, küçədən keçən aşağı təzyiqli qaz kəməri zədələnib. Ofisin başçısı vurğulayıb ki, Rusiya Ukrayanda mülki obyektləri atəşə tutmaqla yeni taktikanı sınaqdan çıxarır: “Bu, terrorçu-dövlətin tipik terrorudur”.